Gələn il dini bayramlarla əlaqədar qeyri-iş günləri açıqlanıb

Gələn il  dini bayramlarla əlaqədar qeyri-iş günləri açıqlanıb

Gələn il Azərbaycanda dini bayramlarla əlaqədar qeyri-iş günləri məlum olub.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2017-ci ildə 26, 27 iyun Ramazan bayramı, 1, 2 sentyabr Qurban bayramıdır.
 
26 və 27 iyun bazar ertəsi və çərşənbə axşamına təsadüf edir və müvafiq olaraq 2 gün qeyri-iş günü olacaq.
 
Qurban bayramında isə 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq.
 
Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün gələn il Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.
 
Aktual.az
Xəbər 389 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR