Gələn il Azərbaycanda neft hasilatının artırılacağı proqnozlaşdırılır

Gələn il Azərbaycanda neft hasilatının artırılacağı proqnozlaşdırılır

 Gələn il Azərbaycanda neft hasilatının həcminin 38 496,4 min ton təşkil edəcəyi proqnozlaşdırılır.

"Report” bu barədə 2019-cu il üzrə dövlət büdcəsi zərfinə istinadən xəbər verir.
Gələn il proqnozlaşdırılan neft hasilatının həcmi bu ilin proqnozundan 1,7% çox, 2017-ci ilin icrasından isə 0,67% azdır.
Qeyd edək ki, bu il Azərbaycanda neft hasilatının 37 848,1 min ton olacağı proqnozlaşdırılır. 2017-ci ildə isə ölkədə 38,756 mln. ton neft hasil edilib.
Sənədə əsasən, 2020-ci ildə Azərbaycanda neft hasilatının həcminin 38 936,5 min ton, 2021-ci ildə 39 096,0 min ton, 2022-ci ildə isə 38 961,2 min ton təşkil edəcəyi gözlənilir.
 
Aktual.az
Xəbər 379 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR