İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova gələn il üçün Azərbaycan iqtisadiyyatı qarşısında duran riskləri açıqlayıb.
Aktual.az bu barədə APA-ya istinadən xəbər verir.
Onun sözlərinə görə, xarici konyukturdakı qeyri-müəyyənliklər, əsas ticarət tərəfdaşlarının iqtisadiyyatlarının hələ də zəif bərpa templəri və bu fonda Mərkəzi Bank tərəfindən sərt monetar siyasətinin həyata keçirilməsi, fiskal konsolidasiya, bank sektorunda sağlamlaşdırma tədbirlərinin hələ də davam etməsi növbəti ildə iqtisadi inkişaf qarşısında duran əsas risklərdir.
"Koordinasiyalı və sistemli islahatlar, bank sisteminin sağlamlaşdırılması və səmərəli fəaliyyətinin təmin olunması, onlara inamın bərpa olunması, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, idxalın məhdudlaşdırılması, əlavə xarici şokların olmaması növbəti ildə inflyasiyanın birrəqəmli olması və iqtisadi artımın bərpası əsas amillərdəndir”, - deyə nazir müavini vurğulayıb.
Aktual.az
Xəbər 409 dəfə oxunub.