Biləsuvar rayonundan Bakı istiqamətində sərnişindaşımada qiymət artımı müşahidə olunur.
Aktual.az report-a istinadən bildirir ki, süni qiymət artımını yaradanlar mikroavtobus sürücüləridir.
Belə ki, Bakıya gedən hər bir sərnişindən gedişhaqqı olaraq 5 manat alınır. Bu isə Tarif Şurası tərəfindən nəzərdə tutlan miqdardan 2,10 manat çoxdur. Sərnişinlərin əksəriyyəti qiymətlərin uzun müddətdir ki, süni şəkildə şişirdilməsindən xəbərsiz olublar.
Eyni vəziyyət Biləsuvardan Cənub rayonlarına hərəkət edən sərnişindaşımada da müşahidə olunur.
Bir neçə vətəndaşın müraciəti əsasında ərazidə reyd keçirən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları mövcüd neqativ halı araşdırıb müvafiq tədbir görüblər.
Ümumilikdə aparılan reyd zamanı 6 sürücü barəsində inzibati protokol tətbiq olunub. Analoji tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulub.