Gədəbəydə silah-sursat tapılıb.
Aktual.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Gədəbəy RPŞ əməkdaşları tərəfindən Söyüdlü kəndi ərazisindən 1 ədəd nömrəsi silinən “Voltra” markalı tapança, 1 ədəd “F-1” qumbarası, 1 ədəd patron darağı və 65 ədəd müxtəlif çaplı patron tapılıb.