Gədəbəy rayonunda 37 yaşlı kişi özünü bıçaqlayıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Yenikənd kəndində baş verib.
Kənd sakini, spirtli içki aludəçisi olan 1982-ci il təvəllüdlü Musayev Məhəmməd İdris oğlu axşam saatlarında sərxoş vəziyyətdə evə gələrək yenidən spirtli içki qəbul edib.
Spirtli içkinin təsiri altına düşən M.Musayev mətbəxdən bıçağı götürərək heç bir səbəb olmadan özünə qarın nahiyəsindən xəsarət yetirib.
Yaralı Gədəbəy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.
Xəbər 480 dəfə oxunub.