Gədəbəy rayon sakini quyuya düşərək ağır xəsarət alıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Kicikqaramurad kənd sakini, 1986-cı il təvəllüdlü İbrahimov Nizami bədənin müxtəlif hissələrinin əzilməsi və sol said sümüyünün sınığı xəsarəti ilə Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Yaxınlarının deməsinə görə, N. İbrahimov özünə məxsus avtomobil təmiri sexində ehtiyatsızlıq nəticəsində çilingər quyusuna düşərək xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Aktual.az
Xəbər 1005 dəfə oxunub.