Diş sıxma ümumiyyətlə yuxu əsnasında güclü çənə hərəkətləriylə özünü göstərən parafonksiyonel (funksiya xarici) vərdişlərdir.
Aktual.az Qaynarinfo-ya istinadən xəbər verir ki, diş həkimi Doğan Bircan dış sıxılması ilə əlaqədar bir neçə məsələyə aydınlıq gətirib.
D. Bircan qeyd edib ki, çeynəmə və udqunma xaricində yaranan diş təmasları parafonksiyon (istənməyən funksional hərəkətlər) olaraq qəbul edilir. Bruksizm (diş sıxma, diş qıcırdatma) gecə və ya gündüz çeynəmə və udqunma xaricində müşahidə olunan diş sıxma vərdişidir. Cəmiyyətdə tez-tez rast gəlinən bu vərdiş növünü dış qıcayan insanın özü belə bilmir.
Diş sıxma vərdişinin iki əsas səbəbi var.
Birinci səbəb sözsüz ki, stresdir. Bunlardan 2-cisi isə, ağız qapama pozuqluğudur.
Dış sıxma nələrə yol açar?
Dış sıxması nəticəsində, dişlərdə aşınma və sızlama meydana gəlir. Çatlaq, qırıq və yer dəyişdirmə görülə bilir. Zamanla yanağın daxili üzündə ağ xəttlər meydana gəlir və dilin ətrafında dişlərin izləri görünür. Bu səbəblə, baş boyun və üz əzələlərində ağrılar meydana gəlir. Nəticədə, damaq, çənə ucu və burun ucu bir-birinə yaxınlaşır. Alt çənə zamanla önə doğru yer dəyişir və çökük (daxili bükey) profil görünüşü meydana gəlir.