Gecə saatlarında Bakıda sürücüyə qarşı quldurluq edən şəxs tutuldu

Gecə saatlarında Bakıda sürücüyə qarşı quldurluq edən şəxs tutuldu

Bakıda sürücüyə qarşı quldurluq edən şəxs saxlanılıb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsində baş verib.
Noyabrın 6-da saat 00:30 radələrində Nəsimi rayonu Cavadxan küçəsində E.Cəfərova məxsus avtomobildə onu bıçaqla hədələyərək quldurluq yolu ilə avtomobili ələ keçirmək istəyib. E.Cəfərovun şikayəti əsasında hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən, paytaxt sakini 1987-ci il təvəllüdlü C.Zeynalov tutulub.
Araşdırmalar zamanı məlum olub ki, C.Zeynalov əvəllər Cinayət Məcəlləsinin 221, 177, 234-cü maddələri ilə məhkumluq həyatı yaşayıb və 2015-ci ildən azadlığa buraxılıb.


Bakı Şəhər Baş Polis İdarəsinn Mətbuat xidmətindən Trend-ə faktı təsdiqləyiblər.
Xəbər 270 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR