Füzulidə 1,8 milyon il yaşı olan fil sümüyü tapılıb.
Aktual.az xəbər verir ki, “Report”a verilən məlumata görə, sümük rayonun Mahmudlu kəndində tapılıb.
Rayonun Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Elçin Əsədovun verdiyi məlumata görə, fil sümüyünün uzunluğu 1,35 sm, çəkisi 50 kq-dır:
“Aparılan araşdırma zamanı məlum olub ki, ərazidən tapılan sümüyün yaşı 1,8 milyon il əvvəl yaşayan filə məxsusdur”.