Erməni silahlı bölmələrinin dinc sakinlərin yaşadığı əraziləri atəşə tutması nəticəsində daha bir nəfər yaralanıb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, hadisə Füzuli rayonunun Alxanlı kəndində qeydə alınıb. Ermənilərin atdığı top mərmilərindən biri 30 yaşlı Elvin Rəhimov yaşadığı evin həyətinə düşüb. Nəticədə ev sahibi xəsarət alıb. Füzuli rayon Diaqnostika Mərkəzindən verilən xəbərə görə, E. Rəhimov sağ dizindən qəlpə yarası alıb, həmçinin, ayağında sınıqlar var.