Beyləqan rayonunda yerləşən fermada oğurluq hadisəsi baş verib.
Aktual.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, yanvarın 13-nə keçən gecə Füzuli rayonunun Qayıdış qəsəbəsində Beyləqan rayon sakini Fikrət Zamanova məxsus fermadan 160 baş qoyun oğurlanıb. Hadisəni törədən Beyləqan rayon sakini Qədir Sarıyev və Ağcabədi rayon sakini Anar Alızadə Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq Füzuli Rayon Polis Şöbəsinə təhvil verilib.