Futbolun "Laçın" vaxtları başlayır

Futbolun

Aprelin 14-də, saat 15:00-da Laçın Şəhərində "Laçın mini futbol” komandası ilə Masazırın "Azər Duz” komandası qarşılaşacaq. Qeyd edək ki, bu Laçında 33 ildən sonra baş tutacaq ilk idman yarışıdır.

Bu barədə Aktual.az-a açıqlama verən əslən Laçın şəhərindən olan ictimai fəal Fərhad İlyasov onu da vurğuladı ki, artıq Mini Futbol Federasiyasına yarışlarda işyirakla bağlı müraciət də edilib:
 
"Laçın mini futbol” klubu MMA döyüşçüsü Elçin Hüseynovun rəhbərliyi və təşkilatçılığı ilə həvəskar klub kimi yaradılıb.
"Dörd il əvvəl yaradılan "Laçın mini futbol” klubu bir çox uğurlara imza atıb. 2023-2024 mövsümündə futbolun həvəskarlar liqasında 24 komandadan ibarət turnirdə finala vəsiqə qazanıb. 33 illik ayrılıqdan sonra Müzəffər Ordumuzun azad etdiyi torpaqlarda təşkil ediləcək ilk oyun, ölkənin idman həyatı, eyni zamanda doğma yurdlarına qayıtmış laçınlılar üçün əhəmiyyətli və çox maraqlı hadisəyə çevriləcək.
 Üstəlik, Mini Futbol yarışlarında iştirak etmək üçün rəsmi müraciət edilib. Federasiya rəhbərliyi müraciəti xoş qarşılayıb və bu işdə dəstəklərini əsirgəməyəcəklərini qeyd ediblər”.

Qeyd edək ki, "Laçın mini futbol” klubu 1/8-də "Ultra”, 1/4-də Zabratın "Azilon”, 1/2-də isə "Bakutex” komandasını məğlub edərək finala çıxıb.

Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR