Futbolçunun oyun zamanı ürəyi dayandı

Futbolçunun oyun zamanı ürəyi dayandı

Yaşıl meydanda daha bir ölüm hadisəsi baş verib.

Aktual.az qol.az-a istinadən xəbər verir ki, Braziliyada "Friburqense" klubunun futbolçusu Bernardo Ribeyronun oyun zamanı ürəyi dayanıb.

26 yaşlı futbolçu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, iki gün öncə Rumıniyanın "Dinamo" klubunun futbolçusu Partik Ekenqin ölkə birinciliyində "Vitorul"la matçda ürəyi dayanaraq ölüb.

Xəbər 639 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR