Kolumbiyada göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvünün olduğu təyyarə qəzaya uğrayıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, təyyarə Boliviyadan havaya qalxıb və Medelyin hava limanına doğru hərəkət edərkən qəzaya uğrayıb.
Yerli KİV-in məlumatına görə, təyyarənin göyərtəsində Braziliyanın "Şapekoense” futbol klubunun üzvləri də olub.
Hələlik qəzadan sağ xilas olanlarla bağlı məlumat yoxdur.
Aktual.az
Xəbər 619 dəfə oxunub.