Futbol meydanında növbəti ölüm hadisəsi baş verib.
Aktual.az Trend-ə istinadən yaydığı xəbərə görə, Yunanıtanın "Verii" klubunun qapıçısı Stelios Markusis məşq zamanı huşunu itirib. 18 yaşlı qolkiper xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, S.Markusis bu yaxınlarda əsas heyətə dəvət olunmuşdu.