Argentinalı futbolçu matç zamanı hakimi və rəqib komandanın oyunçusunu güllələyib.
Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, bu barədə İngiltərənin “The Mirror” qəzeti məlumat yayıb. Məlumata görə, hadisə Argentinanın Kordova şəhərindəki futbul qarşılaşması zamanı olub.
Hakim Sesar Flores komandalardan birinin oyunçusunu meydançadan çıxarıb. Bundan sonra 25 yaşlı futbolçu odlu silahla geri qayıdaraq hakimə 3 dəfə atəş açıb. 48 yaşlı Flores aldığı yaralardan vəfat edib. Həmçinin futbolçu Balter Sarate də xəsarət alıb. Lakin onun həyatı üçün təhlükə olmadığı bildirilir.
“Bütün bunlar oyun zamanı baş verib. Oyunçuyla hakim arasında dəqiq nə baş verdiyini bilmirik. Lakin futbolçu əsəbi idi. O, silah götürməyə gedib və qayıtdıqdan sonra hakimi güllələyib”, - deyə polis əməkdaşı bildirib.
Cinayəti törədən oyunçu axtarışa verilib.