Nəsimi rayon Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanın verdiyi vəsatətə baxılıb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə məlumat verən vəkil Fəxrəddin Mehdiyev bildirib ki, məhkəmə vəsatəti təmin edərək onun həbs müddətini 2 ay uzadıb.
Qeyd edək ki, F. Qəhrəmanlı ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar) və 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.
Martın əvvəlində məhkəmə onun həbs müddətinin 2 ay uzadılması barədə qərar çıxarıb.