Ermənistan sülh müqaviləsinin imzalanması istiqamətində Azərbaycanın təkliflərinə adekvat cavab verməlidir.
Aktual.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay deyib.
Onun sözlərinə görə, Azərbaycan torpaqlarının azad olunması ilə Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün şərait yaranıb:
"Buna mane olmaq istəyən güclər lazımi cavabını alacaq".
F.Oqtay bildirib ki, Türkiyə Azərbaycanın tarixi torpaqlarını azad etməsinin sevincini hər an yaşayır:
"Vətən müharibəsinin növbəti ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edir, şəhidlərimizi rəhmətlə anıram".
Xəbər 789 dəfə oxunub.