Fuad Muradov: "Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir"

Fuad Muradov:

Bu gün 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd Fuad Muradov Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə iştirak etmiş müharibə veteranlarının dəvəti ilə onlarla görüşüb.

Çıxış edən F.Muradov bundan sonra da fəaliyyətində Azərbaycanın ərazi bütövlüyü məsələsini hər zaman öndə tutacağını qeyd edib: “Biz tez-tez cəbhə bölgələrinə səfərlər edir, əsgərlərimizlə görüşürük. Bu gün Azərbaycan hərbi sahəyə kifayət qədər diqqət göstərir və bu bizim üçün çox önəmlidir. Çünki torpaqlarımız işğal altındadır və hər an hazır olmalıyıq. Azərbaycanın ərazi bütövlüyünün bərpası bizim üçün əsas məsələdir. Dövlət tərəfindən bu sahəyə xüsusi diqqət ayrılır. Lakin biz hər zaman sizin yanınızda olmalıyıq”.

Xətai rayonu Veteranlar Birliyinin sədri Sabit Kazımov, professor Sakit Hüseynov çıxış edərək bildiriblər ki, bu gün Azərbaycanda ölkə rəhbəri səviyyəsində Dağlıq Qarabağın sülh yolu ilə azad edilməsi istiqamətində kifayət qədər işlər görülür. Ali Baş Komandanın bir əmri ilə bütün Azərbaycan xalqı Qarabağın azad edilməsi üçün hazırdır.

Çıxış edən müharibə veteranları bildiriblər ki, bu gün əsas məsələ Qarabağın azad olunmasıdır.

Görüşdə ölkəmizin azadlığı uğrunda döyüşən insanlara hər zaman dəstək göstərdiyinə görə F.Muradova təşəkkür edilib.

Aktual.az

Xəbər 658 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR