Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Krımda Ukrayna Baş Kəşfiyyat İdarəsinin üç agentini saxlayıb.
Aktual.az xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən məlumat verilib.
"Sevastopolda Ukrayna Baş Kəşfiyyat İdarəsinin agenti, Ukraynada partlayıcı və atıcı silah təlimi, habelə kənar müşahidə və gizli əlaqə üsullarının müəyyənləşdirilməsi üzrə təlim keçmiş 1965-ci il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb. Müəyyən edilib ki, o, 2024-cü ilin iyul ayında Krımda qaz kəmərinin minalanmasında istifadə edilən partlayıcı qurğu istehsal edib. Onun həbsi zamanı şəxsi avtomobilindən də analoji partlayıcı qurğu aşkar edilib”, - məlumatda qeyd olunub.
Məlumata görə, 1992-ci il təvəllüdlü Moldova vətəndaşı və 1973-cü il təvəllüdlü Rusiya vətəndaşları da saxlanılıb. Onların da Ukrayna Baş Kəşfiyyat İdarəsinin casusları olduğu bildirilib.
Xəbər 177 dəfə oxunub.