O 2006-cı ildəki mundialın əsas “təşkilatçısı” idi.
İspaniya Futbol Federasiyasının prezidenti və UEFA-nın birinci vitse-prezidenti Anxel Mariya Vilyar və tanınmış alman futbol adamı, məşqçi Frants Bekkenbauerin adı FİFA-nın məlum rüşvət qalmaqalında şübhəlilər siyahısındadı.
Aktual.az-ın Apasport.az-a istinadən məlumatına görə, artıq bu iki futbol adamının adı araşdırılma aparılması üçün qurumun etika komitəsinə təqdim olunub.
Qeyd edək ki, Vilyar 2018-ci ildə baş tutacaq Dünya Çempionatının Təşkilat Komitəsinin sədridir. Bekkenbauer isə 2006-cı ildəki mundialın əsas “təşkilatçısı” idi.
Aktual.az