Fransızlar məscidi dağıtdı – Quranı yandırdılar

Fransızlar məscidi dağıtdı   – Quranı yandırdılar
  • DÜNYA

Fransanın Korsik adasında nümayişçilər məscidi dağıdıblar.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, hücum zamanı etirazçılar “Ərəblər, gedin!” və “Bu, bizim evimizdir” deyə qışqırıblar. Yerli məmur Fransua Lalanna bildirib ki, nümayişçilərdən ibarət kiçik bir qrup şüşə qapını qıraraq ibadət evinə daxil olub. Onlar məkanı dağıdıb, kitabların bir hissəsini yandırıblar. Yandırılan dini kitablar arasında Quran nüsxələri də olub. Fransa Baş naziri Manuel Vals öz tvitter hesabında hücumu pisləyib və onu “qəbuledilməz” adlandırıb.

Qeyd edək ki, hadisəyə səbəb ötən gün adanın Ayaçço şəhərində polis və iki nəfər yanğınsöndürənə edilən hücum olub.

Xəbər 313 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR