Fransız spiker ermənilərin daha bir yersiz sualından yayındı

Fransız spiker ermənilərin daha bir yersiz sualından yayındı

Xəbər verildiyi kimi Fransa Milli Assambleyasının spikeri Yael Bron-Pive Ermənistanda rəsmi səfərdədir.
Burada o, erməni həmkarı Alen Simonyanla görüşüb və tərəflər birlikdə mətbuat konfransı keçirirlər.
Aktual.az Ermənistan mediasına istinadən xəbər verir ki, Fransa parlamentinin rəhbəri erməni jurnalistlərinin bir çox yersiz suallarına cavab verməli olur.
Bunlardan biri də Fransanın "hansı səbəbdən Azərbaycana sanksiyalar tətbiq etmədiyi”ilə bağlı sual olub.
"Bu gün biz hesab edirik ki, ən başlıcası sülh yolu ilə nizamlanma və dialoqun bərpasıdır və bütün səylərimiz buna yönəlib. Bu gün mümkün sülh və dialoq yolu tükənənə qədər, biz bununla bağlı hər şeyi sınayana qədər başqa yollardan istifadə etmək yersizdir. Enerjimiz 100 faiz nizamasalmaya yönəlib”,-deyə fransız spikerin bunu söyləməklə kifayətlənib.


Xəbər 193 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR