Fransanın yeni prezidentinin Dağlıq Qarabağ MÖVQEYİ AÇIQLANDI

Fransanın yeni prezidentinin Dağlıq Qarabağ MÖVQEYİ AÇIQLANDI

"Hesab edirəm ki, Fransanın yeni prezidenti Emmanuel Makronun mövqeyi də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələcək".

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib.

Diplomat deyib ki, Emmanuel Makron Fransa-Azərbaycan ikitərəfli əlaqələrinin zəngin olduğunu anlayır.

Səfir qeyd edib ki, Fransa prezidenti Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlıdır:

"O, münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək. Güman edirəm ki, onun mövqeyi də bu problemin sülh yolu ilə həll olunmasına yönələcək. Bu məsələdə ATƏT-in Minsk qrupunun rolunu da vurğulayıram. Əsas prioritet problemin sülh yolu ilə həllini tapmasıdır".
 
Aktual.az
Xəbər 632 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR