Fransanın sərnişin təyyarələrində partlayış təhlükəsi

Fransanın sərnişin təyyarələrində partlayış təhlükəsi
  • DÜNYA

Los Ancelesdən Parisə uçan “Air France” aviaşirkətinə məxsus təyyarə təhlükəsizlik nöqteyi-nəzərdən ABŞ-ın Yuta ştatındakı Solt-Leyk-Siti hava limanına yönəldilib.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə CNN telekanalı məlumat yayıb.

Federal Mülki Aviasiya İdarəsinin mətbuat katibi bildirib ki, təyyarənin marşrutunun dəyişdirilməsinə səbəb təyyarənin göyərtəsində partlayıcı qurğunun olması barədə məlumatın daxil olması olub.

Məlumata görə, təyyarə artıq insidentsiz eniş edib, sərnişinlər terminala yerləşdirilib.


Vaşinqton-Paris reysi ilə uçan “Air France” aviaşirkətinə məxsus digər təyyarə partlayış təhlükəsi səbəbindən marşrutunu dəyişərək Kanadanın Qalifaks hava limanına enib. Bu barədə aeroportun vitse-prezidenti məlumat verib. O, sərnişinlərə təhlükə olmadığını bildirib, lakin təyyarənin marşrutunu dəyişərək eniş etməsinin səbəbinə aydınlıq gətirə bilməyib.

Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR