Fransanın baş naziri Manuel Vals prezident seçkilərində iştirakına dair qərarını 5 və ya 6 dekabr tarixində bəyan edəcək.
Aktual.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə dekabrın 5-də BFMTV məlumat yayıb.
Sosialistlərin namizədi olmaq üçün hökumət başçısı iki mərhələdə - 2017-ci ilin yanvar ayının 22 və 29 yanvar tarixlərində keçiriləcək ilkin səsvermədə seçicilərin dəstəyinə ehtiyacı var.
Telekanal qeyd edib ki, qərar hazırkı dövlət başçısı Fransua Ollandın kampaniyada iştirak etməkdən imtinasından sonra qəbul edilib. Fransa lideri sol qüvvələrin parçalanmasını istəməməsi və vahid güclü namizədin irəli sürülməsinə ehtiyac olmaması ilə izah edib.
Fransada prezident seçkiləri 2017-ci ilin aprel-may aylarında keçiriləcək.
Aktual.az
Xəbər 403 dəfə oxunub.