Nitsasa törədilən terror aktı qurbanlarının xatirəsini yad etmək məqsədilə Fransanın Azərbaycandakı səfirliyində dövlət bayrağı endirilib.
Aktual.az bildirir ki, bu barədə report-a səfirlikdən məlumat verilib.
Qeyd edək ki, terror aktı qurbanlarına başsağlığı əlaməti olaraq bu gün Parisdə, Fransanın bir çox başqa şəhərlərində, eləcə də ölkə xaricindəki bir çox diplomatik missiyalarında bayraqlar endirilib.
Xatırladaq ki, iyulun 14-də gecə saatlarında yük maşını sürücüsu Bastiliya qalasının alınması münasibətilə keçirilən atəşfəşanlığa baxmaq üçün Nitsa şəhərinin İngiltərə sahilinə toplaşan insan izdihamının olduğu əraziyə daxil olaraq onların üstündən keçib. Şahidlərin ifadələrinə görə, yük maşını dayanmadan irəliləyib, ziqzaqvari hərəkətlərlə daha çox insana xəsarət yetirməyə çalışıb. Yük maşınının təxminən 2 km məsafədə qarşısına çıxanı vurduğu söylənilir. Hücum edən şəxs atəş də açıb. O, polis tərəfindən zərərsizləşdirilib.
Hadisə nəticəsində 84 nəfər həlak olub, onlarla insan yaralanıb.