Fransalı rahibə Lüsil Randon Avropanın ən yaşlı qadını adını alıb.
Trend-in məlumatına görə, rahibənin bu ilin fevralında 115 yaşı tamam olub.
Doğum günündə o, Roma papası I Fransiskdən təbrik məktubu almışdı.
L.Randon qitənin ən yaşlı sakini adını 116 yaşlı italiyalı Mariya-Cuzeppa Robuççi-Narcizonun vəfatından sonra alıb.
Dünyanın ən yaşlı qadını isə yaponiyalı Kane Tanakadır. O, 1903-cü ilin yanvarında anadan olub.
Xəbər 935 dəfə oxunub.