İcarə əsasında İtaliyanın "Leççe” klubunda çıxış edən "Barselona”nın futbolçusu Samuel Umtiti İspaniya klubunda özünü həbsxanada hiss etdiyini bildirib.
"Mənə lazım olan tək şey özümü dəyərli və hörmətli hiss etmək idi. Kataloniyada təkcə idman səviyyəsində deyil, həm də gündəlik həyatda dörd il həbsxanada imiş kimi hiss edirdim. İspaniyaya yeni köçəndə məni qiymətləndirirdilər, yaxşı səviyyədə oynayırdım. Sonra inamsızlıq hiss etməyə başladım və başa düşdüm ki, başqa heç kim mənə inanmır”, - deyə fransalı futbolçu bildirib.
Müdafiəçi 2016-cı ildə "Lion”dan "Barselona”ya keçib. O, Kataloniya təmsilçisində 90 oyun keçirib və iki qol vurub.
Cari mövsümdə 29 yaşlı İtaliya klubunun heyətində 23 matçda forma geyinib.
Xəbər 423 dəfə oxunub.