Fransadakı terror aktları Suriyada İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatların aparılmasına cavabdır.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu ehtiyatda olan türkiyəli general-mayor Armağan Kuloğlu deyib.
Onun sözlərinə görə, bundan əvvəl İŞİD terrorçuları bir sıra ölkələri, o cümlədən Fransa və Rusiyanı terror hücumları ilə bir neçə dəfə hədələyib.
A.Kuloğlu qeyd edib ki, gələcəkdə İŞİD-lə mübarizə risklərdən asılı olaraq müəyyən ediləcək.
Qeyd edək ki, Paris prokurorluğunun məlumatlara əsasən, baş vermiş terror aktları nəticəsində 128 nəfər ölüb, 250 nəfər xəsarət alıb.