Fransadakı Azərbaycan diasporundan terrorla bağlı – Bəyanat

Fransadakı Azərbaycan diasporundan terrorla bağlı   – Bəyanat

Fransadakı Azərbaycan diasporu Parisdə baş vermis terror aktlarını pisləyən bəyanatla çıxış edib.


Aktual.az AzNews.az-a istinadən xəbər verir ki, Paris Azərbaycan Evindən daxil olan bəyanatda bəyanatda bildirilir ki, Fransadakı Azərbaycan icması 2015-ci il noyabr ayının 13-də Paris sakinlərinə qarşı törədilmiş terror aktını pisləyir və bu hərəkəti insanlığa zidd addım kimi qiymətləndirir.

Hadisə nəticəsində həlak olanların ailəsinə başsağlığı verən və onların ağrı-acısını bölüşdüyünü bildirən bəyanat müəllifləri eyni zamanda insanların dini inanclarına hörmətlə yanaşmağa, tolerantlıq nümayiş etdirməyə və terrora, aqressiyaya qarşı mübarizədə birləşməyə çağırır.

Bəyanatda həmçinin, Azərbaycan icması adından bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunması tələb edilir.

Bəyanat Fransa parlamentinə, Yelisey sarayına və yerli mətbuata göndərilib.

Xəbər 511 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR