Azərbaycanın Fransadakı Səfirliyi Parisdə törədilən terror aktları zamanı ölən və yaralananalar arasında Azərbaycan vətəndaşlarının olub-olmamasını araşdırır. Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.
Qeyd edək ki, Parisdə baş verən atışma və partlayışlar nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb.
Aktual.az-ın Trend-' istinadən verdiyi məlumata görə, Parisin “Blaklan” teatrında girovların azad edilməsi üçün keçirilən əməliyyatda 112 nəfər ölüb.
Təqribən 40 nəfər Parisin digər yerlərində ölüblər.
Parisin Stade de France stadionu yaxınlığında Fransa-Almaniya yoldaşlıq matçı zamanı bir neçə partlayış baş verib.
Prezident Fransua Ollandın da stadionda canlı izlədiyi Fransa–Almaniya dostluq görüşü zamanı stadionun kənarında partlayışlar eşidilib. Dövlət başçısı stadiondan çıxararaq birbaşa Daxili İşlər Nazirliyinə gedib.