Fransanın Sen-Kenten-Falave şəhərində terror hadisəsini törədən şəxsin kimliyi müəyyənləşdirilib.
"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Hadisəni törədən 35 yaşlı Yasin Sallidir.
Ölkənin daxili işlər naziri Bernar Kaznev deyib ki, Y.Sallinin terrorçu olması faktı polisə məlum imiş.
Xatırladaq ki, Fransada baş verən terror aktında iki nəfər avtomobili maye qaz istehsal edən zavodun qapılarına sürərək, təbii qaz balonları olan anbara çırpıblar. Bundan sonra partlayış baş verib. Çoxlu sayda yaralanan var.
Aktual.az