Fransada sürət qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə “France Bleu Alsace” radiostansiyası öz “Twitter” mikrobloqunda yazıb.
Yüksəksürətli TGV qatarı sınaq reysi həyata keçirib. O, Strasburq yaxınlığında yerləşən Ekveşem şəhərində aşaraq çaya düşüb.
Qəza yerində xilasedicilər işləyir. Zərərçəkənlər və ölənlərin cəsədləri vertolyotlar vasitəsilə təxliyə edilir.
Aktual.az