“Bu, qorxaq hərəkətdir”.
Naməlum şəxslər Fransanın cənubunda Oban şəhərində məscidin dinamikinin barmaqlığına donuz başı bərkidiblər, Frans Press agentliyi məlumat yayıb.
Aktual.az RİA Novosti-yə istinadən xəbər verir ki, məscidə gələnlərdən biri donuzun başını cümə axşamı axşam saatlarında aşkar edib.
Provans-Alp-Lacivərd sahili regionunun müsəlmanlar şurası bu hadisə ilə əlaqədar narahatçılığını bildirib, onun sözlərinə görə, bu hadisə Obana müsəlmanlarını həyəcan və çaşqınlığa qərq edib.
“Provans-Alp-Lacivərd sahil regionunun müsəlmanlar şurası dua və iman məkanına toxunan bu qorxaq hərəkəti pisləyir... Region müsəlmanları ayıq-sayıq olmağa çağırır”, - birliyin bəyanatında deyilir.