Fransada İŞİD əməliyyatı - 104 nəfər tutuldu

Fransada İŞİD əməliyyatı   - 104 nəfər tutuldu
  • DÜNYA

Parisdə 132 nəfərin öldüyü, 200-dən çox insanın yaralandığı terror hadisəsinə görə, Fransa polisi iki gün ərzində ölkə üzrə 168 antiterror əməliyyatı həyata keçirib.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Fransanın Daxili İşlər Nazirliyi paytaxt Parisdə törədilən terrordan sonra aparılan istintaq nəticəsində 104 nəfərin saxlanıldığını, 23 nəfərin isə həbs edildiyini açıqlayıb.

Qeyd edək ki, noyabrın 13-də Parisdə baş verən terror hadisəsini İŞİD təşkilatı öz üzərinə götürüb.

Xəbər 433 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR