Fransa senatı ölkədə fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasını təsdiqləyib.
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Senat sədri Bernar Larşe bildirib.
Onun sözlərinə görə, səsvermədə 348 senator iştirak edib, onlardan bir neçəsi bitərəf qalıb.
“348 nəfərdən 336-sı qərarın lehinə səs verib. Beləliklə, qanun layihəsi qəbul olunaraq təsdiqlənib”, deyə Fransa parlamenti yuxarı Palatasının sədri bildirib.
Aktual.az