Fransa parlamentinin aşağı palatası ölkə ərazisində fövqəladə vəziyyətin qüvvədə olma müddətin uzadılmasının lehinə səs veriblər.
Trend-in RİA Novosti agentliyinə istinadən verilən məlumata görə, hökumət təmsilçisi Manuel Vals fövqəladə vəziyyətin 3 ay müddətdə qüvvədə olmasını təklif edib. Lakin deputatlar bu müddətin bir qədər də artırılmasını dəstəkləyiblər.
Ötən ilin noyabrında baş vermiş terror aktından sonra elan edilmiş fövqəladə vəziyyətin müddəti iyulun 26-da başa çatır.