Fransa XİN rəhbəri Ermənistan-Azərbaycan sərhədinə gedib

Fransa XİN rəhbəri Ermənistan-Azərbaycan sərhədinə gedib

İrəvanda səfərdə olan Fransa xarici işlər naziri Katrin Kolonna Ermənistan-Azərbaycan sərhədinə gedib.
Aktual.az xəbər verir ki, xarici işlər naziri Kolonna Avropa İttifaqının Mülki Missiyasının işi ilə tanış olub.
"Bu iş bizim üçün müsbət nəticələr verir. Müşahidə fəaliyyəti sayəsində Aİ-yə üzv dövlətlər üçün faydalı olan məlumatları yerdən əldə etmək imkanı verir. Bu, müşahidə missiyasıdır, silahlı missiya deyil, məqsəd sadəcə olaraq vəziyyəti izləmək üçündür, lakin istənilən halda bu mövcudluq gərginliyi azaltmağa imkan verir. Etimadı yaratmaq üçün Azərbaycan və Ermənistan arasında atəşkəsə əməl edilməlidir”, - fransalı nazir qeyd edib.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan sərhəddəki vəziyyət barədə Fransa XİN rəhbərini məlumatlandırıb.(apa)


Xəbər 231 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR