Fransa Xarici İşlər Nazirliyi (XİN) ermənilərin Azərbaycanın Parisdəki səfirliyinə hücum etməsinə münasibət bildirib.
Aktual.az xəbər verir ki, XİN-in yaydığı məlumatda hadisənin təəssüf doğurduğu qeyd edilib.
"Fransa rəhbərliyi səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıq qalırlar”, - nazirlikdən bildirilib.
Xatırladaq ki, ötən həftənin bazar günü Fransada yaşayan ermənilər Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər. Erməni vandalları səfirliyin qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıblar. Lakin Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.
Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Fransadakı Azərbaycan səfirliyinə qarşı radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası səfirə təqdim edilib.
Xəbər 1038 dəfə oxunub.