Fransa və ABŞ hərbi qüvvələri İŞİD terror qruplaşmasına qarşı birgə əməliyyat keçirəcək.
Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə Fransa hökumətinin mətbuat katibi Stefan Le Foll məlumat verib. Onun sözlərinə görə, ölkənin müdafiə naziri Jan-İv Le Drian hazırda Vaşinqtondadır.
S.Foll bildirib ki, hər iki ölkə İŞİD qruplaşmasının Mosul şəhərindəki mövqelərinə zərbə endirməyə hazırlaşır.