Yanvarın 17-də Fransa Senatı Azərbaycanın Qarabağa "hücumunu” pisləyən və Ermənistana hər hansı "digər təcavüz” və ərazi bütövlüyünün pozulması cəhdlərinin qarşısının alınmasını nəzərdə tutan qətnamə layihəsinə baxacaq.
Aktual.az xəbər verir ki, bu barədə Senatın saytında məlumat verilib.
Qətnamə layihəsində həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqi və Ermənistan əhalisinin Qarabağa qayıtmaq hüququna təminat verilməsi tələb olunur.
Xəbər 459 dəfə oxunub.