Fransada prezident və parlament seçkilərinin baş tutacağı tarix bəlli olub.
Aktual.az AzNews.az-a istinadən xəbər ki, bu barədə ölkə hakimiyyətinin rəsmi nümayəndəsi Stefan Le Fol məlumat verib. Onun sözlərinə görə, Fransada prezident seçkiləri 2017-ci il aprelin 23-dən mayın 7-ə kimi keçiriləcək. Ölkədə parlament seçkilərinin isə 2017-ci il iyunun 11-dən 18-ə kimi keçirilməsi planlaşdırılır.
Stefan Le Fol onu da qeyd edib ki, Senata seçkilər 2017-ci il sentyabrın 24-də keçiriləcək.