Fransa Prezidenti Emmanuel Makron martın 2-də Fransanın nüvə doktrinasına dair yenilikləri açıqlayacaq.
Aktual.az xəbər verir ki, yeniliklər ABŞ-ın nüvə çətirinin etibarlılığı ilə bağlı narahat olan müttəfiqlərinə Parisin nə cür dəstək verə biləcəyini əks etdirəcək.
Qeyd edilib ki, Makron yenilənmiş nüvə doktrinasını Fransanın atom sualtı qayıqlarının bazasında təqdim edəcək.
Yeni doktrinaya əsasən, Fransa minimal, amma etibarlı bir nüvə silahı arsenalına sahib olacaq. Bu arsenal hər hansı bir ilk zərbənin qarşısını almaq üçün kifayət qədər ciddi itkilər verməyə qadir olmalıdır.
Fransız rəsmiləri 2020-ci ildən bəri Rusiyanın nüvə arsenalını gücləndirməsi və 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra nüvə təhlükəsi ilə bağlı vəziyyətin ciddi şəkildə dəyişdiyini bildiriblər.
Xəbər 42 dəfə oxunub.