Fransa Əsəd haqqında həbs qərarı çıxartdı

Fransa Əsəd haqqında həbs qərarı çıxartdı
  • DÜNYA

Fransa Suriyanın keçmiş prezidenti Bəşər Əsədin 2017-ci ildə ölkədə mülki obyektlərin bombalanmasında əli olduğu iddiası ilə həbsinə order verib.
Aktual.az xəbər verir ki, bu barədə "Frans Press” agentliyi məlumat yayıb.
Məlumata görə, order fransız-assur əsilli 59 yaşlı Salah Əbu Nabunun ölümünü araşdıran Fransa Milli Antiterror Prokurorluğunun tələbi əsasında verilib.
Prokurorluqdan bildirilib ki, Salah Əbu Nabu 2017-ci ildə Suriya ordusunun helikopterlərinin Dəra əyalətindəki evinin vurulması nəticəsində ölüb.
Qeyd edək ki, bu, Fransa tərəfindən Əsəd haqqında çıxarılan ikinci həbs orderidir.
Xəbər 53 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR