Fransa Ermənistanda “müdafiə çətiri” yaradır

Fransa Ermənistanda “müdafiə çətiri” yaradır
  • DÜNYA

Erməni elitasının məsuliyyətsiz davranışı ucbatından Ermənistanın arsenalına daxil olan Fransanın hava hücumundan müdafiə sistemləri mülki avialaynerlər üçün təhlükə yaratmağa qadirdir.
Aktual.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko "Moskva-Bakı”ya müsahibəsində deyib.
"Ümumiyyətlə, Ermənistan üzərində Qərb texnologiyalarına əsaslanan, müvafiq sistemli məlumat ötürmə vasitələri ilə NATO hava hücumundan müdafiə bölməsinin yerləşdirilməsinin regionun təhlükəsizliyinə təhdid olduğu aydındır. Qərbin hava hücumundan müdafiə çətiri Ermənistanda yerləşdirildikdən sonra İrəvanda istənilən an xarici hərbi bazaların, regiondankənar oyunçuların - Fransanın, ola bilsin ki, AB-nin bazalarının quraşdırılmasını görə bilərik. Bunun üçün maddi baza hazırlanır. Qərbin hərbi mövcudluğu üçün ən vacib şərt Ermənistan üzərində Qərbin hava hücumundan müdafiə "çətiri”dir. Ona görə də bütün bunlar mərhələ-mərhələ həyata keçiriləcək”, - o bildirib.
Xəbər 62 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR