“Onların ailələrinə səbr diləyirik” .
Fransanın Azərbaycandakı səfirliyi “Günəşli" yatağında baş vermiş qəza nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı bəyanatı yayıb.
Aktual.az xəbər verir ki, səfirliyin açıqlamasında deyilir:
"Biz Xəzər dənizindəki neft platformasında baş vermiş qəza hadisəsi haqqında aldığımız xəbərin kədərini yaşayırıq. Biz hadisənin təsirinə məruz qalmış insanlara və onların ailələrinə başsağlığı və səbr diləyirik".
E.Ə.