“France 24”: 8 terrorçu ölüb, 1-i saxlanılıb

“France 24”:   8 terrorçu ölüb, 1-i saxlanılıb
  • DÜNYA

Son məlumatlara görə, Parisdə baş verən terrorun qarşısının alınması zamanı 8 terrorçu məhv edilib. Aktual.az-ın Lent.az-a istinadən xəbərinə görə, bu barədə məlumatı “France 24” telekanalı istintaqa yaxın mənbələrdən alıb.

Kanalın məlumatına görə, onlardan 4-ü “Bataklan” teatrında öldürülüb. Terrorçulardan 3-ü canlı bomba olub və partlayışda ölub, 1-i isə polis tərəfindən güllələnib.

Daha 3 nəfər futbol oyunu keçirilən meydança yaxınlığında, 1-i isə Parisin şərqindəki küçələrdən birində ölüb. Onların hansı şəraitdə öldüyü barədə məlumat verilməyib.

Bütün Fransa ərazisində fövqəladə vəziyyət elan olunub. Sərhəd nəzarəti qüvvəyə minib və təhlükəsizliyi təmin etmək üçün 1,5 min hərbi qulluqçu səfərbər olunub. Parisdə terror aktlarının törədilməsində şübhəli bilinən 1 nəfər saxlanılıb. O, İŞİD və Rusiyada qadağan olunan terror qruplaşmasının üzvü olduğunu bildirib. Fransa KİV-ləri baş verən terror aktlarının İŞİD cəlladı “Cihadi Con” kimi tanınan Məhəmməd Emvaziyə hücuma cavab olduğunu yazıb.

Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR