"Formula 1"i izləməyə gələn turistlərə xüsusi turlar nəzərdə tutulub


Qarşıdan gələn yay turizm mövsümündə turizmin bir neçə seqmenti üzrə istirahəti təşkil etmək üçün müxtəlif ölkələrdən turist qruplarının səfəri planlaşdırılır.

Aktual.az  bildirir ki, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunda Bakıda keçiriləcək "Formula 1" yarışlarını izləmək üçün xarici qonaqların ölkəmizə gəlməsi nəzərdə tutulub və bu məqsədlə nazirlik turistlərə yeni xidmətlərin təşkili üçün turizm müəssisələri ilə birgə layihələri davam etdirir.

Yuxarıda qeyd olunan layihələrdən bir də Bakı Turizm İnformasiya Mərkəzinin təşkil etdiyi şəhər turu marşrutu layihəsidir ki, 3 iri tutumlu avtobusla gün ərzində Bakı şəhəri ərazisində 2 saatlıq xüsusi marşrut üzrə tur təşkil olunur.

Bununla yanaşı, Bakı Turizm İnformasiya Mərkəzi hər biri 20 nəfər tutumu olan 3 Mercedes Sprinter markalı mikroavtobuslarla aşağıda adları qeyd olunan marşrut üzrə ekskursiya səfərlərini təşkil edir:

- Bakı - "Qobustan Dövlət Tarixi-Bədii Qoruğu" - Bakı
- Bakı - "Qala Tarix Entoqrafiya Qoruğu" - Bakı
- Bakı - "Atəşgah məbədi" Dövlət Tarix Memarlıq Qoruğu - Bakı
- Bakı - "Yanardağ" - Bakı

Xəbər 470 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR